Azərbaycanın dövlət sərhədini pozduqları üçün 46 nəfər saxlanılmışdır

 

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cari ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 32 halda 46 nəfər saxlanılmışdır. Onların 22-si Azərbaycan, 5-i Gürcüstan, 4-ü Rusiya, 4-ü Özbəkistan, 3-ü İran, 3-ü Moldova, 3-ü Türkiyə, hər ölkədən 1 nəfər olmaqla  Qırğızıstan və Konqo vətəndaşları olmuşdur.

 Sərhəd rejim qaydalarını pozarkən 7 halda 16 nəfər və dənizdə 34 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 170 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişdir. 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 1 kiloqram 348,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 52 halda ümumi dəyəri təqribən 61 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd qaz tapançası və onun 200 ədəd patronu, 3 ədəd pnevmatik tapança, 3 tüfəng, 88 ədəd 7,62 millimetrlik patron, 1 ədəd avtomat darağı, 2000 ədəd alışdırıcı kapsul, 50 kiloqram barıt, 940 ədəd 16 millimetrlik giliz, 1 süngü bıçaq, 1 milyon 805 min rial İran valyutası, 1.950 lirə Türkiyə valyutası, 503 ədəd mobil telefon, 474 ədəd mobil telefon üçün aksessuar, 75 ədəd müxtəlif ölçülü araq, 204 qutu siqaret, 20 baş xırdabuynuzlu heyvan, 3600 ədəd DVD, 2300 metr balıq tutmaq üçün tor, 1 ədəd rezin qayıq, müxtəlif növ dərman preparatları, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında