"Aura" Sağlamlıq Mərkəzində açıq qapılar günü keçirilmişdir

 

"Excelsior Otel Baku" otelinin Əlincə zalında "Aura" Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə media nümayəndələri üçün Azərbaycanda bədən tərbiyəsi və idman gününə həsr olunmuş açıq qapılar günü keçirilmişdir. Tədbiri giriş sözü ilə "AtaHolding" ASC -nin Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova açaraq jurnalistləri salamladı. O, qonaqlara mərkəzə keçilən dərslər haqqında ətraflı məlumat verdi. Dilarə xanım dedi ki, sağlamlıq mərkəzinin üçüncü mərtəbəsində ayrıca kişi və qadınlar üçün  nəzərdə tutulmuş zallarda fərdi və qrup halında idman dərsləri - aerobika, kallanetika, pilates, boks və yoqa eçilir. O, bildirdi ki, burada fəaliyyət göstərən peşəkar məşqçilər komandası hər kəs üçün məşğələlərin fərdi proqramını işləyib hazırlaya, həmçinin uşaqlara  və böyüklərə üzməyi öyrədə bilər.

Sonra "Excesior Hotel Baku" otelinin Marketinq və Satış departamentinin direktoru Damla Bayık "Aura"  Sağlamlıq Mərkəzində baş vermiş bəyişiklər barədə məlumat verdi:  "Qonaqlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün "Aura" Sağlamlıq Mərkəzi ən müasir yeni trenajor avadanlıqları ilə təchiz edilmiş, saunalar, zallar tam yenilənib. "Aura" Sağlamlıq Mərkəzinin  ümumi sahəsi 3500 kvadratmetr təşkil edir və burada 200 nəfərə qədər qonaq eyni zamanda, idmanla məşğul ola bilər. İkinci mərtəbəni tam əhatə edən idman zalında isə bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına Baxa, həmçinin, pulsuz internetə qoşula bilərlər. Eləcə də, stolüstü tennis, açıq tennis kortu,  Tailanddan gəlmiş spa-terapevtlərin xidmətləri, istirahət otaqları, həmçinin, ilin isti vaxtlarında işləyən üstüörtülü hovuz  və açıq havada 2 hovuz  "Aura" klubunun daimi üzvlərinə və "Excesior Hotel Baku" otelinin qonaqlarına xidmət edir. Spa-otaqlarında masajın müxtəlif  növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, neleyinlər, xələtlər, kosmetik vasitələr verilir".

Sonda tanışlıq məqsədi daşıyan ekskursiyanın gedişində qonaqlar "Aura" Sağlamlıq Mərkəzində quraşdırılmış avadanlıqlarla əyani şəkildə tanış oldular.

Qeyd edək ki,  "Excesior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Röyal" lüks,  4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, konfrans zalları, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

 

Elçin ABBASOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında