Ədəbi-məfkurəvi irsimizin tədqiqatçısı

 

 

Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Kamran Əliyevin anadan olmasının 60 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən mərasimdə ədəbi-elmi ictimaiyyətin nümayəndələri yubilyarı səmimi təbrik etdilər, alimin elmi-bədii yaradıcılığının yüksək estetik dəyərindən söz açdılar, ona xoş arzularını çatdırdılar.

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu ədəbiyyatşünaslığa ötən əsrin 70-ci illərində gəlmiş Kamran Əliyevin XX əsrin əvvəllərində formalaşmış milli ədəbi-məfkurəvi hərəkatın bədii irsinin dərindən tədqiq olunmasında, xüsusən romantizm cərəyanının poetikasının araşdırılmasında xidmətlərini vurğuladı.

AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov uzun illər Ədəbiyyat İnstitutunda və ali məktəblərin ədəbiyyat kafedralarında çalışmış Kamran Əliyevin hazırda Folklor İnstitutunun şöbə müdiri kimi yeni istiqamətdə məhsuldar fəaliyyətindən söz açdı.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, direktor müavini Məhərrəm Qasımlı, ədəbiyyatşünas professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, şairlərdən Oqtay Rza, Adil Cəmil, İslam Sadıq və digər çıxış edənlər Kamran Əliyevin genişprofilli təqiqatlarından, çoxsaylı kitablarından, bədii yaradıcılığından və pedaqoji fəaliyyətindən danışdılar.

Sonda yubilyar onun alim kimi formalaşmasında böyük rol oynamış Abbas Zamanov, Məmməd Cəfər, Əkbər Ağayev, Əziz Mirəhmədov, Kamran Məmmədov, Yaşar Qarayev kimi ədəbiyyatşünasları qədirbilənliklə yad etdi, onların yoluna həmişə sadiq qalacağını söylədi, təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi.

Alimə xatirə hədiyyələri təqdim olundu.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında