Lənkəranda daha 4 kəndə təbii qaz verildi

 

 

Regional inkişaf üzrə Dövlət Proqramına əsasən Lənkəranın qaz təsərrüfatının yenidən qurulması ilə əlaqədar tikinti təşkilatları tərəfindən ümumilikdə 464,6 kilometr uzunluğunda qaz xətti çəkilmişdir. Şəhərin cənub hissəsi və 14 kənd yaşayış məntəqəsində 7309 abonent üçün qaz sayğacı və tənzimləyici quraşdırılaraq şəbəkəyə qoşulmuşdur. Hazırda daha 45 kənddə müvafiq inşaat işləri aparılır.

Bu günlərdə rayonun 4 yaşayış məntəqəsinə – Qurunba, Narbağı, Rvo və Parakənd kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli açılış mərasimləri keçirilmişdir.

Məlumata görə, həmin kəndlərdə birpilləli sistem əsasında kilometrlərlə metal və polietilen boru çəkilmiş, sayğaclar və fərdi tənzimləyicilər quraşdırılmışdır. Ümumilikdə 4 kənddə 749 abonentə təbii qaz verilmişdir. Özü də bu kəndlərin 3-ü ilk dəfə olaraq qazlaşdırılmışdır.

Açılış mərasimlərində çıxış edənlər ürək sözlərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə etmişlər.

“Azəriqaz” İB baş direktorunun birinci müavini Qamət Məmmədov sakinləri təbrik etmiş, təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını tövsiyə etmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açılış mərasimlərinə toplaşmış sakinlərə ən xoş arzularını çatdırmış, ölkəmizin hərtərəfli inkişafından, irihəcmli layihələrin icrasından danışmış və əhalinin təbii yanacaqla təminatının həmin layihələrin tərkib hissəsi olduğunu vurğulamışdır. O demişdir ki, rayonda bu istiqamətdə işlər xeyli sürətlənmişdir və rübün sonuna qədər daha 15 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək.

Qonaqlar kəndlərdə “mavi alov” xətlərinin rəmzi açılışını bildirən məşəlləri alovlandırmış və evlərə qaz verilişinə baxmışlar.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında