Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində dalğıclar hazırlanacaq

 

 

Dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsi zamanı dalğıc işi xüsusi əhəmiyyət daşıyır. Sualtı boru kəmərlərinin çəkilməsi, müayinəsi, müxtəlif zədələnmələrin aşkar edilməsi, təmiri, gəmilərin və hidrotexniki qurğuların sualtı hissəsinin yoxlanılması kimi mühüm işlərdə dalğıcların rolu əvəzsizdir.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində  aprel ayının 1-dən etibarən birinci və ikinci iş qrupu üzrə 4-cü dərəcəli istehsalat dalğıcları kursunun fəaliyyətə başlaması planlaşdırılır. Hazırda hazırlıq işləri gedir. Kursda dalğıcların hazırlığına nəzarət və təlimin təşkil edilməsi mərkəzin dalğıc mütəxəssislərinə həvalə edilmişdir.

Azərbaycan Dövlət Neft  Şirkətindən verilən məlumatda bildirilir ki, dalğıc peşəsinə yiyələnmək istəyən 193 nəfər elektron ərizə ilə şirkətə müraciət etmiş, bir neçə seçim mərhələsindən sonra 23 namizəd sonuncu test imtahanı mərhələsinə keçmək hüququ qazanmışdır. Həmin namizədlərlə yekun test imtahanı fevralın 28-də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində keçirilmişdir. Namizədlərin seçimində  ARDNŞ-nin İnsan Resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, eləcə də Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin nümayəndələri iştirak etmişlər.

Seçim zamanı namizədlərin fiziki göstəriciləri, üzgüçülük qabiliyyətləri, barofunksiya və digər bacarıqları yoxlanılmışdır. Respublikamızda ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının və Rusiya Federasiyası  Dəniz Gəmiçiliyinin nümayəndəliyi ilə razılaşdırılaraq Təlim mərkəzində “Suda üzən gəmi və hidrotexniki qurğuların sualtı hissəsinin şəhadətləndirilməsini təmin edən dalğıc-mütəxəssis” hazırlıq kursunun təşkil olunması üçün proqram hazırlanmış və təsdiq edilmişdir.

 Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında