Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 9 il ötür

 

 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 9-cu ili tamam oldu. Nazirlik Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib. RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi. Dövlət başçısı İlham Əliyev bu istiqaməti prioritet elan etməklə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir.

Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən dövlət proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib. Sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə 2013-cü il dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.      

Xatırladaq ki, Azərbayjanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında