SSRİ DTK-nın müstəntiqi: “Qriqoryanın rəhbərlik etdiyi qrup Sumqayıtda erməniləri öldürür, evlərini qarət edirdi ...”

 

 

SSRİ DTK-nın sabiq müstəntiqi Valeri Kiporenko 1988-ci ildə baş vermiş Sumqayıt və 1990-cı il qanlı yanvar faciəsi zamanı baş vermiş hadisələri araşdırmaq üçün yaradılmış komissiyanın üzvü olmuşdur. 

Kiporenko bir müddət öncə erməni informasiya resurslarına müsahibə vermişdir. Qərəzli mövqeyinə baxmayaraq, Kiporenko bəzi məqamlarda əsl həqiqəti gizlədədə bilməmişdir. Modern.az   saytına istinadən bəzi məqamları oxuculara təqdim edirik.

Kiporenko demişdir ki, KQB-nin Kiyev hərbi dairəsi üzrə xüsusi şöbəsinin baş müstəntiqi kimi 9 ay Sumqayıt hadisələrinin təhqiqi  ilə bağlı Sumqayıtda işləmişdir. 1988-ci ildə SSRİ Baş Prokururluğunun yaratdığı operativ-istintaq qrupunun tərkibinə daxil olmuşdur. 

Sumqayıtda “Dalğa” mehmanxanasında qaldığını deyən Kiporenko Sumqayıt barədə ermənisayağı fikirlərini bildirdikdən sonra deyir:

“ Sumqayıt şəhərində mənim təhqiq etdiyim 18 cinayət işi var idi. Mən həmçinin Edik Qriqoryan adlı residivistin rəhbərlik etdiyi cinayətkar ünsürlərdən ibarət qrupun törətdiyi cinayətləri də təhqiq etmişəm. Edik Qriqoryanın rəhbərlik etdiyi bu qrup Sumqayıtda yaşayan erməniləri öldürür, zorlayır və evlərini qarət edirdilər”.

Erməni jurnalist Kiporenkonu çaşdırmaq məqsədilə hiyləgərliklə sual verir: “Qriqoryan bəyəm erməni idi?”. Kiporenko Qriqoryanın erməni olduğunu təsdiq edir: “ Mən istintaq qrupunun rəhbəri kimi Qriqoryanı dəfələrlə sorğu-sual etmişəm və onu ittiham etmişəm. Erməni olduğunu boynuna aldı. Bu cinayətkarın pasportunda milliyəti erməni yazılmışdı. Qriqoryanın bir neçə məhkumluğu olmuşdu”.

Kiporenko özü də bilmədən Sumqayıt hadisələrini “təşkil olunmuş aksiya” adlandırır. Onun sözlərinə görə, ayrı -ayrı qruplar özlərini “Ermənistandan qaçan azərbaycanlılar” kimi qələmə verərək vəziyyəti gərginləşdirirmişlər. “Biz onları tapdıq və onlardan belə işləri dayandırmağı tələb etdik. Bütün bu dəstələrə cinayətkarlar başçılıq edirdilər”-deyə DTK zabiti vurğulamışdır.

Müstəntiq bildirib ki, işləri  5-6 aydan sonra yekunlaşdırıblar: “Həmin o Qriqoryan istintaq altında idi. İş məhkəməyə verildi və bundan sonra biz oradan getdik”.

Kiporenko bir də 1990-cı ildə yanvar qırğını zamanı Bakıya gəlir. Ermənilərin “köhnə bayatılarını” təkrar edən Kiporenko yenə də bir məqamda “çaşır”,  etiraf edir ki, Bakıda ermənilərin  təhlükəsiz şəkildə Xəzərdən bərə vasitəsilə köçürülməsinə millətçi qurumlar rəhbərlik etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında