Suraxanı rayonunda 2012-ci ilə yekun vurulmuşdur

 

 

Rayon icra hakimiyyətinin “Suraxanı rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra parkın “Bayraq meydanı”nda  “Leylandii” ağacları əkmişlər.Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmişdir.

Daha sonra tədbir iştirakçıları RİH-in rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.

Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işlərindən bəhs edən  film göstərildikdən sonra məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verdi ki, “Azəriqaz” İB tərəfindən rayonda 506,8 min metr  qaz xətləri çəkilmişdir. “Bakıelektrikşəbəkə” ASC tərəfindən yüksəkgərginlikli 1 yeni yarımstansiya tikilmiş, 4 transformator məntəqəsi sökülərək yerində yeniləri inşa edilmişdir. Rayon üzrə mərkəzi istilik sisteminə qoşulmuş 279 yaşayış binasından 266 yaşayış binası cari mövsümdə istiliklə təchiz olunur.

Rayonun küçə və yollarına, məhəllələrə müxtəlif mənbələr hesabına  364,2 min kvadratmetr  asfalt örtüyü salınmış, yol kənarlarına 1293 metr uzunluğunda səki daşları düzülmüş, Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli sayca 2-ci yaşayış binası istifadəyə verilmişdir. Rayon Gənclər evinin tikintisi sürətlə davam etdirilir.

2003-cü il ilə müqayisədə 2012-ci ildə rayonda sənaye  məhsullarının istehsalı 4,3 dəfə artaraq 321 milyon manat təşkil etmiş, tikinti-quraşdırma işləri 5,7 dəfə, nəqliyyat xidmətləri 2 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,2 dəfə artmış, orta aylıq əmək haqqı 4,3 dəfə artaraq 546 manat  olmuşdur. 2003-2012-ci illərdə daimi olmaqla 14652 yeni iş yeri açılmış, 3,5 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

İ.Abbasov çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi dövlət başçısının ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi  naminə qarşıda duran vəzifələr layiqincə yerinə yetiriləcək.

Tədbirdə iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinləri “Skype” vasitəsi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin “Suraxanı-RİH” səhifəsinə daxil olmaqla  tədbirə canlı qatıldılar və onları narahat edən məsələlərə aydınlıq gətirildi.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyey, Milli  Məclisin deputatı Sevinc Fətəliyeva, müəssisə və xidmət sahələrinin rəhbərləri çıxış etmişlər. Sonda rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara RİH başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxunmuşdur.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında