Türkiyənin Anadolu Universitetində Heydər Əliyev Mərkəzi yaradılacaqdır

 

 

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyindən bildirmişlər ki, 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Eskişehirdəki Anadolu Universitetində Heydər Əliyev Mərkəzi yaradılacaq və ulu öndərin büstü qoyulacaqdır.

  Mərkəzin yaradılması ilə bağlı məsələ Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov və Anadolu Universitetinin rektoru, professor Davut Aydının görüşündə müzakirə olunmuşdur. Görüşdə vurğulanmışdır ki, bu ali təhsil ocağında oxuyan yerli və əcnəbi tələbələr türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin siyasi irsini, Azərbaycan və bölgə ilə bağlı məsələləri araşdıracaqlar.

  Anadolu Universiteti rektorunun təşəbbüsü ilə yaradılacaq Heydər Əliyev Mərkəzində 90 min elektron, 100 min çap kitabı olacaqdır. Mərkəzin dizaynı üçün professor Davut Aydının rəhbərlik edəcəyi nümayəndə heyəti martın 3-də Bakıya səfər edəcək, Heydər Əliyev Fondu ilə tanış olacaqdır.

Oqtay BAYRAMOV
AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında