"AtaBank" ASC-dən 48 ayadək istehlak kreditləri

 

"AtaBank" ASC-dən aldığımız məlumatda bildirilir ki, bank müştərilərə yeni, endirimli kredit məhsulundan istifadə etməyi təklif edir. İş yerindən arayışa, zamin şəxsə və s. sənədləri toplamağa artıq zərurət yoxdur!

25 fevral tarixində start götürəcək aksiya müddətsizdir. Kreditin minimal məbləği 300 manat, maksimal məbləği 40 000 manat, müddəti isə 48 ay təşkil edir. Şəxsi ehtiyac kreditinin faiz dərəcəsi 12%-dən başlayır.

Məlumat üçün bildirək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. 24 filialla fəaliyyət göstərən “AtaBank” ASC korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Onlardan 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında