Heydər Əliyev irsi digər xalqların gənclərinin gözü ilə

Təkcə azərbaycanlı gənclər deyil, ölkəmizdə yaşayan digər xalqların icmalarının gəncləri öz islahatları və siyasəti ilə Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında əməyi olmuş ulu öndər Heydər Əliyevin irsini öyrənir, eyni zamanda, onun fəaliyyətini öz yaradıcılıqlarında əks etdirirlər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdikləri Heydər Əliyev irsinin öyrənilməsi və tanıdılmasına həsr edilmiş "Fenomen" adlı bədii müsabiqədə nümayiş olunan əl işləri, rəsm əsərləri, səsləndirilən şeirlər rus, polyak, türk, yunan, tatar, yəhudi gənclərinin ulu öndərə və Azərbaycan dövlətçiliyinə sevgilərinin təzahürü idi.
Qafqaz Point Otelində baş tutan tədbiri giriş sözü ilə açan AGAT-ın rəhbəri Gülsel Səfərova müsabiqənin gənclər arasında maraqla qarşılandığını vurğuladı. Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov dövlətin gənclərə olan diqqət və qayğısından söhbət açdı. O, bu tip layihələrin vətəndaş cəmiyyətinin formalaşmasına təkan verdiyini vurğuladı. Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Rusiya və Türkiyənin Azərbaycandakı səfirlik nümayəndələri ulu öndərin dövlətçilik tariximizdə fəaliyyətindən bəhs etdilər. Ölkəmizdə yaşayan digər xalqların gəncləri öz şeirləri, əl işləri, rəsm əsərləri ilə iştirakçıları tanış etdilər.
Tədbirin sonunda əsərləri dəyərləndirən münsiflər heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının aparıcı elmi işçisi Bayram Ağayev qaliblərin adlarını açıqladı. Əsərləri uğur qazanmış gənclər diplom və hədiyyələrlə təltif edildi.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında