Gəncədə yeraltı yolları robotlar bərpa edəcək

 

 

Gəncədə yeraltı fayton yollarını bərpa etmək üçün ABŞ-dan robotlar gətiriləcək. Bu barədə APA-nın qərb bürosuna Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə məlumat vermişdir.

Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olmuşdur. O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevlə görüşmüşdür. Görüşlər zamanı bu məsələ müzakirə olunmuşdur. Hazırda yolların bərpasında robotların iştirakı ilə bağlı layihə hazırlanmışdır və qonaq onun Vaşinqtonda müzakirəsini təşkil edəcək. Layihə qəbul edilərsə, bu ilin ortalarında bərpa işlərinə başlanıla bilər.

Qeyd edək ki, Gəncədə yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanmışdır. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar da artıq toplanmışdır. Yolların tikintisi ilə bağlı bir çox işlər də görülür. Lakin S.Pişnamazzadə bunun təhlükəli bir proses olduğunu və ona görə də bu işdə robotlardan istifadə edilməsinin planlaşdırıldığını bildirmişdir.

Qeyd edək ki, yeraltı yollar şəhərin üç istiqamətində uzanaraq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında