Akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcəkdir

 

 

İyunun 5-dən 9-dək Bakıda   Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) təşəbbüsü ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunan “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları – 2013” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən hidrogenin alınması və süni fotosintez   problemləri ətrafında geniş müzakirələr aparılacaqdır.

Konfransın materialları beynəlxalq “Biochemica et Biophysica Acta (Bioenergetics)” və “Plant Physiology and Biochemistry (PPB)” jurnallarının xüsusi buraxılışlarında çap olunacaqdır.

Azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.

Şübhəsiz ki, bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında  mühüm  rol oynayacaq, eyni zamanda, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.

Ətraflı məlumatı www.photosynthesis 2013.cellreg.org saytından əldə etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında