Dini icmalara qeydiyyat şəhadətnamələri təqdim olunmuşdur

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirmişlər ki, iyulun 7-də 32 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim olunmuşdur.
Tədbirdə komitənin sədri Hidayət Orucov bildirmişdir ki, dini icmaların yenidən qeydiyyata alınması Azərbaycan Respublikasının Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişikliklərə müvafiq olaraq aparılır və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə qurulmasına, vətəndaşlarımızın dini etiqad azadlığının hərtərəfli təminatına xidmət edir. Qanuna edilən əlavə və dəyişiklikləri dövrün tələbi kimi qiymətləndirən sədr qeyd etmişdir ki, buna səbəb əvvəllər qeydiyyata alınmış dini icmaların bir çoxunun fəaliyyət göstərməməsi və ya əvvəlki tərkibdən çox az adamın qalmasıdır.
H.Orucov qanuna əlavə və dəyişikliklər edildikdən sonra quruma 782 dini icmanın müraciət etdiyini və bunlardan artıq 425-nin dövlət qeydiyyatına alındığını söyləmişdir. Sədr yeni qeydiyyata alınan dini icma rəhbərlərinə əhali arasında zərərli dini ideologiyaların yayılmasının qarşısının alınması üçün əsl dini dəyərlərin, İslamın təbliği işini düzgün qurmağı və Azərbaycanın tarixin ən çətin sınaqlarından qətiyyətlə çıxan milli-mənəvi dəyərlərini qorumağı tövsiyə etmişdir.
Azərbaycan dövlətinin bütün dinlərə hörmətlə yanaşdığını və onların fəaliyyətinə şərait yaratdığını vurğulayan H.Orucov demişdir ki, Prezident İlham Əliyevin sərəncamları əsasında ölkəmizin tarixi-dini abidələri təmir və bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ölkədə müxtəlif dini-mədəni abidələrin bərpa və yenidənqurma işləri həyata keçirilir. Bütün bunlar respublika rəhbərliyinin dinlərə, dindarlara olan diqqət və qayğısının bariz nümunələridir.
Çıxış edənlər "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdən sonra yenidən dövlət qeydiyyatına alınma prosesinin daha da sadələşdiyini, ölkə rəhbərliyinin din sahəsinə diqqətindən razılıqlarını bildirmişlər.
Qeyri-İslam və İslam təmayüllü dini icma nümayəndələrinin eyni masa ətrafında əyləşməsinin xoş təəssürat yaratdığını bildirən Qax rayonu, Qax-İngiloy kənd "Müqəddəs Georgi" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Arçil Buluqaşvili Azərbaycanda fəaliyyət göstərmələri üçün onlara yaradılan şəraitdən razılığını ifadə etmişdir.
Sonda DQİDK-in sədri Hidayət Orucov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında