Minskdə MDB ölkələrinin ekspertlərinin iclasında humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı müzakirə edilir

Bu gün MDB İcraiyyə Komitəsində ekspertlər qrupunun ikigünlük iclası işə başlamışdır. İclasda MDB üzvü olan dövlətlərin 2011-2012-ci illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının layihəsi müzakirə edilir.
Layihə humanitar sahədə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin mövzuları nəzərə alınmaqla illər üzrə formalaşdırılır.
Xatırladaq ki, Dövlət Başçıları Şurasının 8 may 2010-cu il tarixli qərarı ilə 2011-ci il Müstəqil Dövlətlər Birliyində Tarixi-Mədəni İrs İli, 2012-ci il isə İdman və Sağlam Həyat Tərzi İli elan edilmişdir.
Müşavirədə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəni proqramlar şöbəsinin baş məsləhətçisi Səbinə Ağamirova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və AzərTAc-ın Belarusdakı xüsusi müxbiri təmsil edir.
Ekspertlərin iclasını giriş sözü ilə MDB İcraiyyə Komitəsi sədrinin -MDB icraçı katibinin birinci müavini Vladimir Qarkun açmışdır. Belarus Respublikasının Birliyin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Vasili Puqaçov iclasın sədri seçilmişdir.
Azərbaycan tərəfi plan layihəsinin yaxşı düşünülmiş və məzmunlu variantını təqdim etmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, RF nümayəndəsi Azərbaycan tərəfinin təklif etdiyi tədbirlərin keçiriləcəyi konkret tarixlərin göstərilməsi faktını alqışlamışdır.
Müzakirə edilən planda ölkəmizin təşəbbüsü ilə və Azərbaycanın vəsaiti hesabına keçirilməsi təklif olunan çoxsaylı tədbirlər sırasında 2011-ci ildə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyinin, kulturoloqların II Beynəlxalq forumunun keçirilməsini, 2012-ci ildə Azərbaycanın mədəni-tarixi irsinə həsr edilmiş "Qarabağ - Azərbaycanın əbədi irsidir" kitabının rus dilində nəşrini, görkəmli Azərbaycan dirijoru, bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin 100 illik yubileyini, "Azərbaycanın xristian abidələri" sənədli filminin premyerasını, SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyini, müxtəlif elmi forumları, maraqlı idman turnirlərini və bir sıra başqa tədbirləri göstərmək olar.
AzərTAc da Bakıda Azərbaycanın təşəbbüsü ilə və Azərbaycanın vəsaiti hesabına MDB jurnalistləri arasında tarixi-mədəni irsin qorunub saxlanması mövzusunda ən yaxşı material müsabiqəsinin, "İdman və sağlam həyat tərzi" mövzusunda beynəlxalq mediaforum və beynəlxalq fotosərgi, həmçinin fotomüxbirlər arasında müsabiqə keçirilməsi təklifi ilə çıxış etmişdir.
Ekspertlərin iclası sabah işini tamamlayacaqdır.{nl}


Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında