Azərbaycan Türkiyə ilə birgə tank əleyhinə raket kompleksləri istehsal edə bilər

 

 

Azərbaycan Türkiyə ilə birgə UMTAS və OMTAS tipli tank əleyhinə raket kompleksləri istehsal edə bilər.

Bu barədə APA-ya “İDEX-2013” sərgisində iştirak edən Türkiyə müdafiə sənayesi nümayəndə heyətindən məlumat verilmişdir.  Azərbaycan adıçəkilən uzaq və orta mənzilli tank əleyhinə raket kompleksi layihəsini yaxından izləyir. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Türkiyədə ROKETSAN şirkətində bu raketlərlə tanış olmuşdur. Tərəflər arasında keçirilən görüşdə də Azərbaycanın bu layihədə iştirakı müzakirə edilmişdir.  Bununla yanaşı, Azərbaycanda ROKETSAN şirkətinin iştirakı ilə 107 və 122 mm-lik raketlərin istehsalı layihəsi üzrə hazırlıq işləri son mərhələdədir. Yaxın vaxtlarda adıçəkilən raketlərin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalına başlanacaq.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında