Qəbələ rayonu qadınlarının konfransı keçirilmişdir

 

 

Qəbələ rayonu qadınlarının IV konfransı keçirilmişdir. Konfransda “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli  fərmanının Qəbələ rayonunda icrasına dair hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə “Gender bərabərliyinin təminatları” və “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası qanunlarının müddəalarının əhali arasında təbliğ edilməsi məqsədilə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən söhbət açılmış, qadın və uşaq hüquqlarının qorunması, qadın zorakılığına qarşı mübarizə tədbirlərinin  həyata keçirilməsi istiqamətində ziyalılar, ağsaqqallar, din xadimləri, valideynlər və yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərin səmərəliliyi vurğulanmışdır.

Tədbirdə respublika qadınlarının III qurultayından keçən 5 ildə qəbələli qadınların fəaliyyəti, əldə etdikləri uğurlar, onların problemlərinin həlli ilə bağlı görülmüş işlər geniş təhlil olunmuşdur.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, rayon təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin rəhbər şəxsləri çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətdə tutduqları fəal mövqedən, onların ictimai-siyasi proseslərdə yaxından iştirakından danışmışlar. Qadın problemlərinin həlli ilə əlaqədar dövlət siyasətinin vacib məqamlarına toxunulmuş, qarşıdan gələn prezident seçkilərində qadınların fəal iştirakının vacibliyindən bəhs olunmuşdur.

Konfransda Qəbələ Rayon Qadınlar Şurasının yeni tərkibi müəyyən edilmiş, Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında