“Dow” kimya şirkəti və “HidroLotus” Bakıda ən böyük içməli su zavodu tikir

 

 

 “Dow” şəbəkəsinin bir qolu olan  “Dow Water & Process Solutions (“Dow su və emalı” ) və Azərihidro ilə Türkhidro Qrup arasında müştərək təşkilat olan  “HidroLotus” Bakı şəhərində dünyanın ən böyük səthi su zavodunun tikintisini davam etdirirlər.

Tikinti işlərinə 2012-ci ilin iyun ayında başlanmışdır. Gündə 520 min kubmetr təmiz su emalı gözlənilir. Zavod Bakı əhalisi üçün əsas içməli su təchizatçısına çevriləcəkdir.

 “HidroLotus” tərəfindən tikilən zavodun fəaliyyətində “Dow”un  texnoloji imkanlarından və suyun təmizlənməsi üzrə beynəlxalq təcrübədən istifadə edilir. “Dow Water & Process Solutions”  Ceyranbatan gölünün səth sularını saflaşdırmaq üçün layihəni təkmilləşmiş ultra filtrasiya (UF) modulları ilə təmin edəcək, həmçinin suyun zavodda toplanması, emalı, tullantıların neytrallaşdırılması və atılması, suyun ötürülməsi və son istehlakçıya çatdırılması mərhələlərinə tam texniki dəstək verəcəkdir.

“Su emalı sənayesində dünyanın aparıcı şirkəti olan ”Dow" kimya şirkəti ilə (The Dow Chemical Company) ortaq olmağımıza şadıq. İnanırıq ki, bu əməkdaşlıq bizə Bakıda Ceyranbatan gölü ərazisində ən iri səthi su zavodunun  tikintisinə, şəhərin artan içməli su ehtiyacını ödəməyə, yerli əhaliyə 2000-dən çox peşəkar işin təklif olunmasına, məvaciblərin və vergilərin ödənilməsinə imkan verəcəkdir. Ceyranbatan layihəsi dünyada bu günə kimi tikilən ən böyük səthi su zavodudur və ən qısa zamanda tikiləcəkdir."-deyə HidroLotus MMC-nin layihə koordinatoru Tankut Güzel məlumat vermişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında