“Müharibə uşaqların gözü ilə” yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu ilə birgə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş elektron aksiya və “Müharibə uşaqların gozü ilə ” mövzusunda paytaxt şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirmişdir.

Tədbirdə Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların elektron ünvanlarına faciə barədə məlumatın ötürülmə aksiyasına start vermək məqsədilə Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Türkiyə səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Ahmet Arslan, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim ilk 50 beynəlxalq təşkilatın elektron ünvanına məktub yollamışlar.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciəni əks etdirən video rolik göstərilmişdir. Mərasimdə Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar Xocalı soyqırımı ilə bağlı çıxış etmişlər. Sonda “ Müharibə uşaqların gozü ilə ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında