Bahar Azərbaycana martın 20-də saat 15:02 radələrində qədəm qoyacaqdır

 

 

 NəsirəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının  direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin www.science.gov.az saytına verdiyi məlumata görə, 2013-cü ildə Azərbaycan ərazisinə baharın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 15:02 radələrində baş verəcəkdir.

Əyyub Quliyevin sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Martın 19-u Azərbaycanda axır çərşənbə, fevralın 26-sı isə ilk çərşənbədir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında