Bakıda qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək

 

 

 “Paytaxt ərazisində yaranan tıxacların əsas səbəbi qadağan olunan yerdə avtomobillərin saxlanılmasıdır”.

Bunu APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirmişdir. V.Əsədovun verdiyi  məlumata görə, paytaxt ərazisində yaranan sıxlıq, tıxaclarla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, dayanmanı qadağan edən yol nişanlarının təsir zonalarında və yolların hərəkət hissələrində saxlanılan avtomobillər tıxacların yaranmasında əsas rol oynayır: “Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Yol hərəkəti haqqında Qanunla qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək.

Beləki, qadağan olunan yerdə avtomobili saxlayan sürücülərin avtomobili təxliyyə olunmaqla bərabər, həm də post patrul xidmətinin maşınlarında quraşdırılan “bort” kompyuterlər vasitəsilə avtomobilin 3 istiqamətdən fotosu çəkiləcək və fotomaterial hazırlanacaq. Həmin fotolar təyin edilən cərimə ilə birlikdə avtomobilin ön şüşəsinə vurulacaq".

Şöbə rəisi onu da deyib ki, bu gün paytaxt yollarında dayanma və durma qaydasını pozan sürücülərin aşkarlanması istiqamətində Əhməd Cavad, İstiqlaliyyət küçələrində və Azərbaycan prospektində reydlər keçirilib. Reyd zamanı 60-dan çox avtomobilin dayanma və durma qaydasını pozduğu aşkar olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında