Seminar keçirilmişdir

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi Xəzər Rayon Məşğulluq İdarəsi ilə birgə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələri icra etmək  və internat evlərində yaşayan gənclərin məşğulluğuna köməklik göstərilməsi, müasir peşələr, onlara tələbat və uşaqların peşə seçiminə dair məlumatlandırılması məqsədilə seminar keçirmişdir.  Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün seminar 2 saylı ümumi orta internat məktəbində təşkil edilmişdir.

Tədbirdə Xəzər Rayon Icra Hakimiyyəti başçısının müavini Arif Balayev, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, məşğulluq idarəsinin direktoru Gülşən Sadıqova çıxış etmişlər. Natiqlər qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən böyük diqqət göstərildiyini xüsusi qeyd etmiş, onların hərtərəfli inkişafı üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını bildirmişlər.

İnternat məktəbində təhsil alan uşaqlara  Xəzər Rayon Gənclər və İdman İdarəsi və rayon məşğulluq idarəsi tərəfindən çap materialları və xatirə hədiyyələri paylanılmışdır.

Leyla QURBANOVA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında