Azərbaycan səfiri Tacikistan Müsəlmanları İdarəsinin sədri ilə ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etmişdir

 

 

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Müsəlmanları idarəsinin sədri, müfti Saidmukarram Abdulkodirzodə ilə görüşündə ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etmişdir.

A.Həsənov Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin salamlarını S.Abdilkodirzodəyə çatdırmış, ona bu il aprelin 16-17-də Bakıda keçiriləcək “MDB ölkələrinin müsəlmanları: sülh və əmin-amanlıq uğrunda” adlı konfransa dəvəti  təqdim etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir münaqişənin yaranması səbəbləri haqqında danışmış, ermənilərin törətdikləri vəhşiliklər, Xocalı soyqırımı barədə məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, bəzi müsəlman ölkələrində, o cümlədən Tacikistanda Xocalı faciəsi haqqında məlumatın az olması xoşagəlməz haldır.

Sonda ölkələrimizin dini qurumları arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın vacibliyi bir daha vurğulanmışdır.

Qulu KƏNGƏRLİ
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında