Xəzər rayonunda 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib

 

Fevralın 19-da Xəzər rayonunun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Mərdəkan mədəniyyət sarayında 500 nəfər ictimaiyyət nümayəndəsinin iştirakı ilə keçirilən hesabat konfransında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev də iştirak edib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar  mədəniyyət sarayının  foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və  Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanişlıqdan sonra Xəzər rayonunda 2012-ci il ərzində görülmüş işlər haqqında filmi izləyiblər.

        Daha sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 2012-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.  

      Konfransda  Tağı Tağıyev, Rauf Əliyev,  Namiq Əhmədov, İlqar Mustafayev, 26 saylı Bakı Şəhər Xəstəxanasının baş həkimi Telman Novruzov və 149  nomrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək, görülən işlərlə bağlı Prezident İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Sonda qərar layihəsi oxunub və tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Aida AYSA,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında