Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavirə keçirilmişdir

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ilə əlaqədar üzv və tabelikdə olan təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

AHİK-dən bildirmişlər ki, Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Dövlət Proqramının icrasının ölkəmizin inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Vurğulanmışdır ki, ölkəmizdə sosial-iqtisadi sahədə aparılan islahatların miqyası həqiqətən də nəhəngdir. Dövlət Proqramının icrası nəticəsində bölgələrin siması dəyişir, sənaye mərkəzləri yaradılır, müasir standartlara cavab verən yüzlərlə emal, istehsal, sosial obyektlər tikilərək istifadəyə verilir, insanların yaşayış səviyyəsi yüksəlir.

Prezident İlham Əliyevin konfransdakı çıxışından sitat gətirən S.Mehbalıyev demişdir ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı iqtisadi sistemin formalaşdırılması, qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının yüksəldilməsi, yoxsulluğun və işsizliyin tam aradan qaldırılması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.

AHİK-in sədri diqqətə çatdırmışdır ki, bu gün Azərbaycanın gündən-günə müasirləşən siması, bütün sahələrdə müşahidə olunan yeniləşmə Prezident İlham Əliyevin rəhbərliyi ilə konkret Dövlət proqramları əsasında həyata keçirilən sosial-iqtisadi siyasətin böyük uğurlarından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin konfransdakı çıxışında vəzifəsinin öhdəsindən gələ bilməyən, dövlətimizin başçısının etimadını doğrultmayan kadrlar barədə kəskin fikirlərinə də toxunan AHİK-in sədri insan amilini, insan kapitalını ön plana çəkən dövlətimizin başçısının “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” sözlərini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

S.Mehbalıyev üzv təşkilatların rəhbərlərinə onların həmkarlar ittifaqı üzvləri tərəfindən yığıncaqlarında seçildiklərini, birbaşa onlara xidmət göstərməyə, sosial-iqtisadi problemlərinin həllində yardımçı olmağa, işçilərin əməyinin və sağlamlıqlarının mühafizəsinin yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə etməyə borclu olduqlarını xatırlatmışdır. Sədr işçilərin şikayətlərinə həssaslıqla yanaşılmasının, arzu və təkliflərinin daim nəzərə alınmasının, onların sağlamlıqlarının yaxşılaşdırılması üçün həmkarlar ittifaqlarının balansında olan sağlamlıq ocaqlarının imkanlarından səmərəli şəkildə istifadə olunmasının zəruriliyini bir tələb kimi irəli sürmüşdür.

Həmkarlar ittifaqı təşkilatları rəhbərlərinin işəgötürənlərlə birlikdə işçilərin problemlərinin həllinə həssaslıqla yanaşmalarının vacibliyini vurğulayan S.Mehbalıyev onlarla birbaşa təmasda olmağı tövsiyə etmiş və müşavirə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin konfransdakı çıxışı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar məsləhət və tapşırıqlarını vermişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında