"190" nömrəli telefon məlumat xidmətinə 6 ay ərzində 25 763 müraciət daxil olmuşdur

Artıq xeyli müddətdir ki, Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidməti ("Call-center") fəaliyyət göstərir. Ötən müddət ərzində "Call- center"ə daxil olan sualların operativ cavablandırılması nəticəsində, bu mütərəqqi məlumat xidmətinə müraciət edənlərin sayı getdikcə artır. Belə ki, bu ilin 6 ayı ərzində telefon məlumat xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan zənglərin sayı 61 faiz çox olmuşdur.
Qeyd edək ki, telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla gün ərzində fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, yəni saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi, həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində də fəaliyyət göstərir.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya bildirmişlər ki, cari ilin ilk 6 ayı ərzində telefon məlumat xidmətinə daxil olan 25 763 sorğu və müraciətin 52,8 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılmışdır. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 47,2 faizi isə qeyri-iş günlərinə təsadüf etdiyindən həmin günlər suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilmişdir. Hesabat dövründə "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil etmişdir. Müraciətlərin 49 faizini (6651) bilavasitə pensiya məsələlərinə aid, 23,3 faizini (3172) isə məcburi dövlət sosial sığortasına dair sorğular təşkil etmişdir. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,7 fazi (3773) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olmuşdur.
Fonddan, həmçinin, bildirmişlər ki, müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib. Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.
Qeyd etmək yerinə düşər ki, "190" nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların operativ şəkildə cavablandırılması həyata keçirilir. Bu xidmət vətəndaşların fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Telefon məlumat xidmətindən istifadə qaydaları fondun internet saytına (www.sspf.gov.az) yerləşdirilib.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında