Azərbaycan İDEX-2013 və NAVDEX-2013 beynəlxalq müdafiə sərgisində iştirak edir

 

 

Fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində İDEX-2013 və NAVDEX-2013 beynəlxalq müdafiə sərgiləri işə başlamışdır.

 APA -nın sərgidə iştirak edən əməkdaşlarının verdiyi məlumata görə, Yaxın Şərq regionunun ən böyük, eləcə də dünyanın ilk on böyük müdafiə sərgisindən biri olan İDEX-2013 BƏƏ dövlət başçısı Şeyx Xəlifə bin-Zayed əl-Nahyanın hamiliyi altında keçirilir.

Sərgidə dünyanın 60 ölkəsindən istehsalçı şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgidə ABŞ 169, BƏƏ 144, İngiltərə 84, Fransa 70, Almaniya 69, Türkiyə 45 firma ilə təmsil olunur. İDEX-2013 sərgisində postsovet məkanından Rusiya 39, Ukrayna 20, Belarus 11, Estoniya isə 1 şirkətlə təmsil olunur. Bundan başqa, sərgiyə müxtəlif ölkələrdən silahlı qüvvələr, hərbi sənaye kompleksləri, təchizatçı şirkətlər, müxtəlif güc strukturlarının rəhbərliyi səviyyəsində ziyarətçilər qatılmışlar.

Tədbir BƏƏ Silahlı Qüvvələrinin şou göstəriləri ilə başlamışdır. Daha sonra BƏƏ dövlət, ordu rəhbərliyi, VİP qonaqlar milli pavilyonlar, ayrı-ayrı stendlərlə tanış olmuşlar.

APA -nın Abu Dabiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sərgi əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənir. Builki sərgidə ayrıca olaraq pilotsuz uçuş aparatlarının nümayiş etdirilməsi üçün sahə, helikopter təqdimatları bölməsi, həmçinin canlı nümayiş sahəsi yaradılmışdır.

 Sərgidə Azərbaycandan ziyarətçi qismində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin, Müdafiə Nazirliyindən general-mayor Qorxmaz Qarayevin və Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edirlər. Azərbaycan nümayəndə heyətləri sərgidə iştirak edən müxtəlif ölkələrin firmalarının stendləri və yeniliklərlə tanış olublar.

APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında