Lənkəran teatrı “Daş yuxular” romanını qətiyyətlə pislədi

 

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Daş yuxular” romanına etiraz olaraq kollektivin geniş yığıncağı keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru İslam Həsənov yalanla dolu olan “Daş yuxular”ı bütün Lənkəran ictimaiyyətinin nifrətlə qarşıladığını bildirərək, ölkə rəhbərliyi tərəfindən Əkrəm Əylisli ilə bağlı atılan addımları təqdir edib: “Çox haqlı olaraq Əkrəm Əylisli ”xalq yazıçısı" fəxri adından və Prezident  təqaüdündən  məhrum edildi. 75 yaşında nankorluq edən qələm sahibinin nəsibi Vətənə  xəyanətdə suçlanmaq  oldu”.

İ.Həsənov bildirib ki, bir vaxtlar Lənkəran teatrının səhnəsində Ə.Əylislinin “Quşu uçan budaqlar”, “Vəzifə” və digər əsərləri tamaşaya qoyulub. Bundan sonra onun heç bir əsəri repertuarımızda olmayacaq.

Bəs nədən Əkrəm Əylisli birdən-birə vətəndaşlıq hissini, millətpərvərlik duyğusunu itirdi? Məgər o, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər faciələrimiz erməni vəhşiliyinin, vandalizminin nəticələridir? Əslində “xalq yazıçısı” adının Əkrəm Əylislidən alınması böyük cəza deyil, onun yalnız nankorluğuna verilən bir cavabdır. Əsl cəza isə xalqdan qazandığı nifrətdir. Cəfəngiyyatla dolu birtərəfli cızmaqara yalnız erməni sifarişi ilə yazılan bir şey ola bilərdi. Yazıçıya verilən mükafatlar xalqa göstərdiyi xidmətlə bağlı olur. Bizim qənaətimizcə, xalqa, millətə çamur atan birisinin bütün imtiyazları ləğv edilməli və o, layiq olduğu qiymətini almalıdır”. Teatrın aparıcı aktyorlarından xalq artisti Qabil Quliyev, Eynəli Nurullayev, Sucəddin Mirzəyev, Əlibala Əsgərov, baş inzibatçı Namiq Ağayev və digərləri də çıxışlarında “Daş yuxular” romanı ilə Əkrəm Əylislinin vətəndaşlıq məsuliyyətini itirən bir adam olduğunu dilə gətiriblər: “Daş yuxular”da müəllif Azərbaycan xalqını aşağılamağa, erməniləri isə ucaltmağa cəhd göstərib. Məntiq etibarı ilə onun bu əsəri məhz düşmənlərin sifarişi ilə qələmə aldığına  şübhə qalmır. Onun cavabı vaxtında və lazımınca verilməlidir ki, başqa nankorlara da görk olsun”.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında