Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

 

Fevralın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın dekabrın 27-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyası 30 saylı Suraxanı birinci, 36 saylı Xətai dördüncü, 44 saylı Sumqayıt-Abşeron, 53 saylı Quba-Qusar, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 71 saylı Masallı kənd, 76 saylı Lənkəran-Astara, 80 saylı İmişli-Beyləqan, 91 saylı Ucar, 115 saylı Şəki kənd ikinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında