Beynəlxalq Mətbuat İnstitutunun Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri Gürcüstanda səfərdə olmuşdur

 

 

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) idarə heyətinin üzvü, BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri Umud Rəhimoğlu Gürcüstanda səfərdə olmuşdur.

BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində U.Rəhimoğlu Gürcüstanda BMİ-nin üzvü olmaq üçün müraciət edən bir qrup tanınmış jurnalistlə - Natia Koberidze, David Paitçadze, Mixeil Tavxelidze, Eka Tsamalaşvili və Paata Veşapidze ilə görüşmüşdür. U.Rəhimoğlu BMİ-nin missiyasından, gördüyü işlərdən danışmışdır. Həmçinin BMİ-nin bu ilin mayında İordaniyanın paytaxtı Əmmanda keçiriləcək 62-ci qurultayı ilə bağlı məsləhətləşmələr və BMİ-nin Gürcüstan Milli Komitəsinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak etmişdir.

U.Rəhimoğlu BMİ-yə üzv olmağı planlaşdıran “Financial” qəzetinin baş redaktoru Zviad Poçkua ilə də görüşmüşdür. Bildirilmişdir ki, BMİ-nin protokol qaydalarına əsasən, bu qurumun icraçı direktoru xanım Alison Makkenzi mayın sonuncu həftəsində Gürcüstan Milli Komitəsinin yaradılmasını cəmiyyətə təqdim etmək üçün bu ölkədə səfərdə olacaqdır.

Dünyanın ən nüfuzlu jurnalist təşkilatlarından olan BMİ 1950-ci ildə yaradılmışdır. Mərkəzi ofisi Vyanada yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda milli komitələri fəaliyyət göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında