Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair niyyət bəyannaməsi imzalanmışdır

 

 

Ankarada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev fevralın 18-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət etmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, elə həmin gün Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilmişdir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin türkiyəli həmkarı İsmət Yılmaz ilə əvvəlcə təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmişdir. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılmış, nazirlər niyyət bəyannaməsi imzalamışlar.

Daha sonra Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə görüşmüşdür. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin müdafiə sənayesi təmayüllü bir neçə şirkətində də görüşləri olacaqdır. 

Nazir Səfər Əbiyev, həmçinin Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil qoyacaqdır. 

Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak etmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında