Korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir

 

 

Korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması sahəsində prokurorluq orqanları ardıcıl və sistemli tədbirləri davam etdirir, bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi istiqamətində zəruri işlər görürlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Bakı Şərab-1" ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Cəfərov Səxavət Ərəstun oğlunun qanun pozuntularına yol verməsi barədə müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində  araşdırılmışdır.

Müəyyən olmuşdur ki, cəmiyyət tərəfindən maddi-məsul şəxs S.Cəfərovun iştirakı ilə aparılmış inventarlaşdırma nəticəsində mağazada 143 min 272 manat məbləğində çatışmazlıq vardır.  Mağazanın fəaliyyətinin auditi zamanı da həmin çatışmazlıq təsdiqini tapmışdır. 

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən Bağırov Bəxtiyar Əlisa oğlunun dələduzluq əməlləri ifşa olunmuşdur.

Əvvəllər də törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş B.Bağırov Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu, guya, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “Asan Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması üçün daha 3800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir.

Cinayətkar fəaliyyətini davam etdirən B.Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında