Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlanmışdır

 

 

“Gələcəyə dəyərlərlə” Mərkəzin şüarı seçilmişdir

Bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. Bununla yanaşı, müasir Azərbaycan artıq regional müstəvidən çıxaraq beynəlxalq aləmdə yürütdüyü fəal  siyasət, iqtisadi inkişafı və ölkədəki islahatları ilə seçilir. Etibarlı tərəfdaş olan Azərbaycan qəbul olunmuş proqramlar, icra edilən layihələrlə uğurlu inkişafı təmin edir.

Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir, gələcəyə doğru dinamik inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevlə başlayan bu yol bu gün də davam edir.

Qarşıda bir aydın məqsəd var: Azərbaycanı daha da inkişaf etmiş dövlətə çevirmək və ölkəmizi dünyada geniş miqyasda tanıtmaq.

Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin prioritetidir. Bu gün Azərbaycan həm də innovativ texnologiyaların tətbiqi  və müasir dünyaya inteqrasiyası ilə seçilir. 

Müasir Azərbaycanın dünyada tanıdılmasının əsası ümummilli liderimiz  Heydər Əliyev tərəfindən qoyulmuşdur. Təsadüfi deyildir ki, bu gün ulu öndərin adını daşıyan Mərkəz-Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın və onun gündən-günə gözəlləşən paytaxtının  rəmzinə çevrilmişdir.

Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də ümummilli liderimizin ölkəmizə həsr olunmuş ömrünü, dövlət və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.

 Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yaranmışdır. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, ölkəmizdəki tərəqqini simvolizə edir. 

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf  və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərləri ilə gələcəyə addımlarını xarakterizə edir.

Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir. 

Bu şüar isə “Gələcəyə dəyərlərlə”dir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında