Ağdamda Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi istifadəyə verilmişdir

Ağdam rayonunun Quzanlı qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzin həyətindəki büstünün önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

{nl}

Kəmaləddin Heydərov və Nizami Sadıqov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərasim iştirakçıları mərkəzin otaqları və burada işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.

{nl}

Qarabağ bölgəsinin 14 rayon və 1 şəhərinə xidmət göstərəcək regional mərkəzin əsas funksiyası fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması, eləcə də mülki müdafiə tədbirlərinin operativ həyata keçirilməsidir. Mərkəzin üçmərtəbəli binası lazımi inventar və avadanlıqla təmin olunmuşdur. Mərkəzin ərazisində, həmçinin qazanxana, nasos stansiyası, 3 ehtiyat su anbarı yaradılmış, artezian quyusu qazılmışdır.

{nl}

Mərkəzin ərazisində yardımçı bina da tikiləcəkdir. Bina xilasedicilərin kazarmasından, avadanlığın və ərzaq ehtiyatlarının saxlanılması üçün anbardan, yeməkxana və xüsusi təyinatlı texnikanın saxlanılması üçün qarajdan ibarət olacaqdır. Mərkəz tədricən lazımi avadanlıq və texnika ilə təmin ediləcəkdir. Beləliklə də, Qarabağ bölgəsində baş verən təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün əlavə qüvvələr gətirilməsinə ehtiyac qalmayacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında