Doğma yurd həsrətimizə son qoyulacağına inamımız böyükdür

 

 

Məkrli erməni qəsbkarlarının ağlasığmaz vəhşiliklərlə dolu olan qatı cinayət tərkibli əməlləri, bütün qarabağlılar kimi, biz xocavəndlilərin də həyatında misli görünməmiş faciələrlə nəticələndi. Yağı düşmən 1992-ci ilin oktyabrında Xocavəndin bütün ərazisini zəbt etməklə sağ qalan əhalisini köçkün həyatı yaşamaq məcburiyyətində qoydu. Qaçqınlıq girdabında çapalayan bütün qarabağlılar kimi, biz xocavəndlilər də ayrı-ayrı rayonlarda çadırlara, vaqonlara, zirzəmilərə, məktəblərə, uşaq bağçalarına, bağ evlərinə sığındıq...

Ulu öndərimizin respublikaya qayıdışı, qaranlığa qərq olmuş həyatımızı nura boyadı, bizi yeni həyata qaytardı. Ümummilli liderin Qarabağın taleyi ilə bağlı apardığı məqsədyönlü siyasətin bu gün çox böyük inam və uğurla onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bütün məcburi köçkün ailələrinin ürəyincədir.

Biz xocavəndlilərin gündəlik həyatda yaşamağa inamımızı artıran, məcburi köçkünlərin məişət şəraitinin daha da yaxşılaşmasına tükənməz əmək sərf edən cənab Prezident İlham Əliyevə bütün məcburi köçkünlər adından minnətdarıq. Azərbaycanın əbədi və əzəli problemlərinin həll olunması naminə edilən cəhdlər, iqtisadiyyatımızın sürətli inkişafı, ordumuzun tam şəkildə formalaşdırılması, xalqın güzəranının yaxşılaşdırılması və ölkə daxilində sabitliyin qorunub saxlanması hamımızın gözü önündə baş verən proseslərdir. Erməni qəsbkarların Xocavənd ərazisində, xüsusilə bu günlərdə yenə soyqırımı gününü qeyd edəcəyimiz Qaradağlıda törətdikləri cinayətlərin ölkə başçısının nəzarəti altında istintaq əməliyyat qrupu tərəfindən araşdırılması və müqəssirlərin aşkarlanması bizdə inam yaradır ki, ermənilər cinayətlərin müqabilində tezliklə layiqli cəzalarını alacaqlar. Gün gələcək, biz köçkünlərin doğma yurd həsrətinə son qoyulacaq.

Vasif QULİYEV,
xocavəndli məcburi köçkün,
Abşeron gənclər şəhərciyi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında