Tamah məqsədi ilə qohumunun uşağını oğurlayaraq qətlə yetirmiş Ceyranbatan qəsəbə sakini həbs olunmuşdur

 

 

Fevralın 15-də saat 12:40 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmuradov Pirmurad İlqar oğlunun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanması barədə daxil olmuş məlumat əsasında dərhal Abşeron Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olmuş birgə məlumatda deyilir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ceyranbatan qəsəbə sakini Zülfüqarov Mansur Balağa oğlu tamah məqsədilə qohumu P.Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparmışdır. M.Zülfüqarov həmin gün saat 18:16 dəqiqədə Pirmuradın atası İlqar Pirmuradova zəng edərək oğluna zor işlətmək hədəsi ilə azad olunması müqabilində ondan 30 min manat pul tələb etmişdir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Zülfüqarov tutularaq istintaqa cəlb olunmuşdur.

İstintaqla müəyyən edilmişdir ki, M.Zülfüqarov ifşa olunmasından ehtiyat edərək P.Pirmuradovu Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürmüş və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı - Sumqayıt magistral şosesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atmışdır.

P.Pirmuradovun meyiti aşkar edilmiş, meyitə və hadisə yerinə baxış keçirilmiş, iş üzrə digər zəruri istintaq hərəkətləri aparılmışdır. M.Zülfüqarov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3-cü 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilmişdir.

Hazırda cinayətin M.Zülfüqarov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsusatların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında