Azərbaycanda ilk kosmik peykə həsr olunan marka dövriyyəyə buraxılıb

 

 

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

Nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.  Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, Azərkosmos ASC-nin loqosu və yeni binası, habelə “Azərbaycanın ilk telekommunikasiya peyki” yazısı təsvir olunub.  Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.  Təyin olunan vaxtda - startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.  Çəkisi təxminən 3 200 kiloqram olan Azerspace-1 peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerini tutacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında