Tərtərdə baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılaraq istintaq aparılır

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, 2010-cu il iyulun 6-da saat 11.00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayonda məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş vermişdir. Nəticədə hər iki tərəfdən bədən xəsarəti alan olmuş, o cümlədən dörd yerli sakin rayonun mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəymişdir.
Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət almışdır.
Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədi ilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunmuşdur.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında