“PAŞA Həyat Sığorta” şirkəti müsabiqədə qalib gəlmiş jurnalistləri mükafatlandırdı

 

 

Dünən “PAŞA Həyat Sığorta” ASC-də “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsində qalib gəlmiş jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə müsabiqəyə təqdim olunmuş yazılar müzakirə olunub. Bildirilib ki, müsabiqə üzrə təqdim olunmuş məqalələr, o cümlədən qalib gəlmiş yazılar tam şəffaflıq prinsipləri əsasında yoxlanılaraq müəyyənləşdirilib.

Daha sonra “PAŞA Həyat Sığorta” ASC-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquluyev tərəfindən qaliblərin adları açıqlanıb.

Qeyd olundu ki, müsabiqəyə təqdim olunmuş yazılar sırasında birinci yerə APA informasiya agentliyinin müxbiri Əli Əhmədov, ikinci yerə “Marja” biznes-maliyyə xəbər agentliyinin redaktoru Seymur Yunusov, üçüncü yerə isə “Xalq qəzeti”nin əməkdaşı Qabil Əliyev  layiq görülmüşlər.

Tədbirin sonunda E.Hüseynquluyev tərəfindən müsabiqədə yer tutmuş jurnalistlərə pul mükafatları təqdim olundu. O, ölkədə həyat sığortasının təbliği, eyni zamanda, əhalinin marifləndirilməsi üçün şirkət tərəfindən il ərzində belə müsabiqələrin keçiriləcəyini bildirdi və növbəti müsabiqələrdə jurnalistləri daha fəal olmağa çağırdı.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinə 2012-ci il dekabr ayının 10-dan start verilmiş və 2013-cü il yanvar ayının 14-də müsabiqə başa çatmışdır.

Şərtlərə görə, müsabiqədə yalnız qəzet, jurnal və informasiya agentliklərinin nümayəndələri iştirak edirdi. Mövzu ilə bağlı hazırlanan məqalə 8-9 min işarədən (A4 formatında, timesnew roman şriftində, təxminən 3 səhifə) çox olmamalı idi. Müsabiqədə iştirak edən müəlliflərin yazıları müxtəlif mətbuat orqanında dərc olunduqdan sonra qəbul edilib. Müsabiqədə I yerin qalibinə 300 manat, II yerin qalibinə 200 manat və III yerin qalibinə 100 manat həcmində mükafatın verilməsi nəzərdə tutulurdu. 

“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Ötən ildə şirkətin topladığı sığorta haqlarının həcmi 14,697 milyon manat, ödənişləri isə 0,360 milyon manat olub. Cari il fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 milyon manat təşkil edib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında