Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

 

 

Fevralın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclası komitənin sədri Qərib Məmmədov açmışdır.

Bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən il respublikanın 8 milyon 641 min 506 vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılmış, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilmiş, 1 milyon 695 min 123 hektarı (19,6 faiz) isə özəlləşdirilmişdir.

Hesabat ilində 3 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin hazırlanmasına dair yer quruluşu işləri və 14 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin, 504 birləşdirilmiş bələdiyyələrin mülkiyyətinə yeni xəritələrin hazırlanması işləri həyata keçirilmişdir.

Hesabat ilində respublikanın 19 yaşayış məntəqəsi üzrə vətəndaşların (1282 ailənin) qanuni istifadəsindəki həyətyanı sahələrin kompleks qaydada, 23607 vətəndaşın isə fərdi yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün fərdi qaydada texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilmişdir.

Hesabat ilində Azərbaycan Respublikasının Kompleks Atlası, Bakı şəhərinin Turist Atlası, Azərbaycan Respublikasının Ekoloji Atlası, Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı, Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarının ümumcoğrafi xəritələrinin tərtibatı və çapı işləri yerinə yetirilmişdir. Komitə tərəfindən 4 hüquqi şəxsə kartoqrafiya fəaliyyətinə dair lisenziya verilmişdir.  

Ötən il respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2092 hərrac və müsabiqə təşkil olunmuşdur.

 Respublikanın 34 rayonunda 1709,8 min nöqtədə torpaqların texniki uçotunun, 26 rayonda torpaqların iqtisadi qiymətləndirilməsinin elektron formatda işlənib xəritələşdirilməsi üçün isə 562 obyekt üzrə işlər həyata keçirilmişdir.

Komitənin texniki dəstəyi ilə ölkə ərazisində daimi fəaliyyət göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanmışdır. Respublikamızın xüsusi seçilmiş yerində 37 ədəd peyk geodeziya stansiyaları qurulmuşdur. Hazırda həmin stansiyalarda test ölçülər aparılır.

Ötən il Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilmişdir. Artıq bütün dünya üzrə istifadəçilərin Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılmışdır.

İclasda 2012-ci ildə dövlət sifarişləri əsasında yerinə yetirdikləri torpaq, geodeziya və kartoqrafiya sahəsindəki işlərlə bağlı icraçı struktur vahidlərinin rəhbərlərinin hesabatları dinlənilmiş və həmin hesabatlar müzakirə olunaraq müvafiq qərar qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında