Seyid Məhəmməd Hüseyni: "Azərbaycanın inkişafının şahidiyik"

İyulun 6-da Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-İran əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın davamlı inkişafı xalqlarımız arasındakı qədim dostluq və qardaşlığın göstəricisi kimi qiymətləndirilmişdir.
H.Orucov bildirmişdir ki, Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi Azərbaycan-İran əməkdaşlığının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinə ümidlə baxdığını deyən H.Orucov ölkələrimiz arasında dövlət quruculuğu məsələlərində fərqlilikləri nəzərə almaq və ona hörmət prinsipləri ilə əməkdaşlığın dəstəklənməyə layiq olduğunu diqqətə çatdırmışdır. Komitənin sədri iranlı nazirin bu səfərinin mədəni əlaqələrimizin genişləndirilməsi və dini maarifləndirmə sahəsində səmərəli olacağını vurğulamışdır.
S.M.Hüseyni demişdir ki, o, ilk dəfə Bakıda on üç il əvvəl olmuşdur. Azərbaycanın inkişafının şahididir və İran xalqı Azərbaycanın uğurlarında çox maraqlıdır. Heç bir qəzet-jurnal, radio-televiziya sözü ölkələrimiz arasındakı yaxşı münasibətlərə kölgə salmaq iqtidarında deyildir. İslam mədəniyyət dinidir. Bunu insanlar arasında yaymaqda biz çoxillik təcrübəmizi bölüşməyə hazırıq.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında