AzərTAc dünya azərbaycanlılarına müraciət etmişdir

 

Türk dünyasının düşməni olan erməni lobbisinin qondarma “erməni soyqırımı” təbliğatının qarşısını almaq məqsədi ilə ABŞ-dakı Türk və Azərbaycan icmaları Ağ Evin səhifəsində yeni bir imza kampaniyasına başlamışlar.

Kampaniyanın məqsədi 1914-cü və 1922-ci illər arasında erməni daşnak və hunçak millətçilərinin Anadoluda və Qafqazda dinc türk, azərbaycanlı, kürd və digər müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımın ABŞ Prezidenti Barak Obama tərəfindən tanınmasıdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) dünya azərbaycanlılarına bu kampaniya ilə bağlı müraciəti yayılmışdır.

Müraciətdə həmvətənlərimizdən həmrəy olub Ağ Evin səhifəsindəki bu petisiyanın imzalanması xahiş olunur.

AzərTAc-ın müraciətində petisiyanı imzalamaq qaydaları da  ətraflı izah olunur. Müraciətdə vurğulanır ki, sadəcə bir dəqiqəlik proseduru keçməklə hər bir azərbaycanlı öz vətəndaşlıq borcunu yerinə yetirmiş olur.

AzərTAc-ın müraciətində hər bir azərbaycanlı bu kampaniya barədə onun bütün dostlarına və qohumlarına məlumat verməyə və göstərdiyi gözəl nümunəyə əməl etməyə çağırılır.

Müraciətdə qeyd olunmuşdur ki, imza kampaniyası 2013-cü il martın 15-dək davam edəcəkdir.  Bu müddətdə azı 100 min imza toplanmalıdır. İmzalar toplandıqda, Prezident Barak Obama 2013-cü il 24 aprel tarixindəki illik çıxışında ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi soyqırımı tanımaq məcburiyyətində olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında