Penitensiar xidmətin rəisi Azərbaycanda səfərdə olan Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin birinci vitse-prezidenti ilə görüşmüşdür

İyulun 6-da ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov Azərbaycanda rəsmi səfərdə olan Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin (BMTNCİ) birinci vitse-prezidenti xanım Karola Lander və Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Şuranın (İNCB) əməkdaşı Darmen Zhumadil ilə görüşmüşdür.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Nazim Ələkbərov qonaqları salamlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş və Penitensiar xidmətin tabeli qurumlarında cəza çəkən şəxslərin sayı, saxlanma şəraiti, narkomaniyadan məcburi müalicə kurslarının keçirilməsi və penitensiar müəssisələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə barədə məlumat vermişdir. N.Ələkbərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan Respublikasının cinayət qanunvericiliyindən danışmış, qonşu dövlətlərdən narkotiklərin ölkəmizin ərazisindən keçirilməsi cəhdlərinin artdığını, Ermənistanın işğalı altında olan və hətta beynəlxalq təşkilatların da nəzarətindən kənarda qalmış Azərbaycan torpaqlarında narkotik maddələrin istehsalı üçün münbit şərait yarandığını qeyd etmişdir.
BMTNCİ-nin birinci vitse-prezidenti xanım Karola Lander təmsil etdiyi komitənin fəaliyyətinin əsas məqsədlərinin 1961-ci ildə qəbul edilmiş və 195 ölkənin qoşulduğu narkotiklərə nəzarət üzrə Konvensiyasının tələblərinə əməl edilməsinə, çatışmazlıqların aradan qaldırılmasında üzv dövlətlərin hökumətlərinə kömək göstərilməsindən və bu sahədə maarifləndirmə işinin həyata keçirilməsindən ibarət olduğunu bildirmişdir.
Karola Lander və Darmen Zhumadil mövcud vəziyyətlə tanış olduqdan sonra müvafiq nəticələrə əsaslanan texniki və hüquqi yardımla bağlı tövsiyələrin Azərbaycan tərəfinə təqdim olunacağını bildirmişlər.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında