Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Niderlandda məhkəmə-hüquq orqanları arasında qarşılıqlı əlaqələrlə bağlı fikir mübadiləsi aparmışdır

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin dəvəti ilə Haaqa şəhərində işgüzar səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Niderland Krallığının Məhkəmə Şurasının sədri Erik van der Emster və ədliyyə naziri Hirş Ballin ilə yanaşı, Ali Məhkəmənin sədri Gert Korstens, Dövlət Şurasının üzvü və Beynəlxalq Hüquq Əməkdaşlığı Məhkəməsinin İcraiyyə Şurasının sədri Martin Ostinq, Konstitusiya Hüququ üzrə Dövlət Komissiyasının sədri Vilhelmina Tomassen və BMT-in Beynəlxalq Ədalət Məhkəməsinin registrarı Filip Kuvrerlə görüşlər keçirilmişdir. Rəsmi görüşlər zamanı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərov da iştirak etmişdir.
Hər iki ölkənin məhkəmə-hüquq orqanları arasında qarşılıqlı əlaqələr, o cümlədən beynəlxalq məhkəmə presedentlərinin tətbiqi və digər məsələlərlə bağlı Niderland tərəfi ilə fikir mübadiləsi aparılmışdır. Fərhad Abdullayev iki ölkə arasında münasibətlərin çoxşaxəli olduğunu vurğulamış və məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin bu münasibətlərin təşviqinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində görülən işlər və məhkəmə-hüquq sistemi sahəsində həyata keçirilmiş islahatlar barəsində Niderland tərəfinə ətraflı məlumat verilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında