Azərbaycan ilə “SOS” Kinderdorf İnternational” təşkilatı arasında əməkdaşlıq əbədi olacaqdır

 

 

Fevralın 13-də “SOS uşaq kəndləri-Azərbaycan” Assosiasiyasının idarə heyətinin iclası çərçivəsində Baş nazirin müavini Abid Şərifov ilə “SOS” Kinderdorf İnternational” təşkilatının prezidenti Siddharta Kaul arasında görüş olmuşdur.

AzərTAc xəbər verir ki, Abid Şərifov Azərbaycan ilə “SOS” Kinderdorf İnternational” təşkilatı arasındakı əməkdaşlığın tarixindən danışmışdır. Bildirmişdir ki, “SOS” Kinderdorf İnternational” təşkilatının dünyada, o cümlədən ölkəmizdə gördüyü xeyirxah işlər qurumun böyük uğurla fəaliyyət göstərməsindən xəbər verir. Təşkilatın Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların təlim-tərbiyəsi ilə məşğul olunmasında böyük xidmətləri vardır. Qurumun Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayan Abid Şərifov əməkdaşlığımızın bundan sonra da uğurla inkişaf edəcəyini diqqətə çatdırmışdır.

Azərbaycan ilə rəhbərlik etdiyi qurum arasında münasibətlərdən məmnunluğunu bildirən Siddharta Kaul bu əməkdaşlığın əbədi olacağına əminliyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkəmizin humanitar sahədəki fəaliyyəti yüksək qiymətləndirən qonaq dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı, “SOS uşaq kəndləri-Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat vermişdir. Bildirmişdir ki, gündəlikdə idarə heyətinin 2012-ci il 1 noyabr tarixli iclasının protokolunun təsdiq edilməsi, ötən ilin strateji planının son qiymətləndirilməsi, proqramlar haqqında milli direktorun hesabatı, eləcə də 2012-ci il üzrə maliyyə hesabatı, cari il üzrə təsdiqlənmiş büdcə, 2011-ci il üzrə keçirilən maliyyə auditinin nəticələri, təşkilatın baş katibliyinin hesabatı və digər məsələlər yer almışdır.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında