Heydər Əliyev – Azərbaycanın qurucusu və memarı

 

 

 

 

Fevralın 13-də “Səs” qəzetinin redaksiyasında Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamla əlaqədar “Heydər Əliyev: Azərbaycanın qurucusu və memarı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AzərTAc xəbər verir ki, qəzetin baş redaktoru Bəhruz Quliyev tədbirin mahiyyəti haqqında məlumat vermişdir.

“Dəyirmi masa”da Milli Məclisin deputatları Tahir Rzayev, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Musa Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev və başqaları iştirak etmişlər.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində gördüyü işlərin sayı və əhəmiyyəti o qədər böyükdür ki, hər zaman ictimai-siyasi həyatda maraq doğurur. Azərbaycan xalqının bugünkü inkişafı və gələcək uğurları ümummilli liderin adı ilə bağlı olduğu üçün onun xatirəsi daim böyük qürurla yad ediləcəkdir.

Heydər Əliyev siyasi dünyagörüşü, məfkurəsi ilə zirvədə duran şəxsiyyətdir. Heydər Əliyev müasir Azərbaycan dövlətini qurması üçün, onun əbədiyaşarlığının təminatçısı, xalqı bu dövlətin ətrafında birləşdirə biləcək ideyanın müəllifidir.

Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçildiyi zaman ölkəmiz SSRİ-nin tərkibində ən geridə qalmış respublikalardan biri idi. Sadəcə olaraq Azərbaycan mərkəz üçün xammal bazası idi. Azərbaycanın həmin dövrdə elmi və sənaye potensialı demək olar ki, yox idi. 1969-cu ilin avqust ayında keçirilən plenum bütün Sovet İttifaqına, dünyaya səs saldı. Heydər Əliyev bütün SSRİ-yə göstərdi ki, əvvəlki qaydada yaşamaq və işləmək mümkün deyil. Həmin dövrdən etibarən Azərbaycanda aqrar sahə inkişaf etmiş, üzümçülükdə, pambıqçılıqda nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanın ali təhsil ocaqlarının sayının çoxalması, eləcə də, maddi-texniki bazasının güclənməsi, minlərlə gəncin SSRİ-nin qabaqcıl təhsil ocaqlarına göndərilməsi müstəqil Azərbaycanın inkişafı üçün sovet dönəmində qoyulan bir təməl idi.

 Azərbaycan müstəqilliyini rəsmi olaraq 1991-ci ildə elan etsə də, ölkədə quruculuq, abadlıq işlərinin aparılması, siyasi sabitliyin təminatı, insanların sosial vəziyyətinin yüksəlməsi Heydər Əliyevin hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra başlamışdır. Heydər Əliyev ölkədə hökm sürən hərc-mərcliyin, vətəndaş müharibəsinin, dövlətin parçalanmasının qarşısını almış, Azərbaycanı iqtisadi inkişaf yoluna çıxarmışdır.

Bu gün Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olması Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətidir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında