Balakənli gənclər hərbi xidmətə böyük maraq və həvəslə gedirlər

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının birinci ildönümü ölkənin hər yerində olduğu kimi Balakəndə də  ümumrayon miqyaslı tədbirlə qeyd olundu. Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki möhtəşəm abidəsini ziyarət etdilər və böyük dövlət xadiminə ehtiram əlaməti olaraq abidənin önünə tər çiçək dəstələri qoydular. Sonra rayonun müvafiq qurumlarının rəhbərlərinin, ağsaqqalların, gənclərin və mətbuat təmsilçilərinin iştirakı ilə geniş tədbir öz işinə başladı.

  Yığıncağı giriş sözü ilə açan xidmətin rayon şöbəsinin rəisi, polkovnik- leytenant Nizami Quliyev qeyd etdi ki, Azərbaycan dövləti qüdrətləndikcə və ölkəmiz daha müasir idarəetmə prinsipləri ilə idarə olunduqca cəmiyyət həyatının bütün sahələri kimi ordu - vətəndaş münasibətləri də öz yüksək səviyyəsinə qalxır. Gənclərin orduya münasibəti nəinki 10-15 il , hətta 2 - 3 il əvvəlkinə nisbətən daha səmimi bir şəkil alır. Gənclər orduya həvəslə gedirlər, valideynlər öz övladlarını hərbi xidmətə böyuk təntənə və şadyanalıqla yola salırlar.  Bu sahədə rayon ağsaqqallarının, Qarabağ müharibəsi veteranlarının və təhsil müəssisələrinin xidmətinin, aparılan təbliğat işlərinin əhəmiyyəti  danılmazdır. Ancaq bu sahədə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər xüsusilə qeyd olunmalıdır.

Natiq qeyd etdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, dövlət başçımız cənab İlham Əliyev adıçəkilən qurumu  bu sahədə dövlət fəaliyyətini daha da təkmilləşdirmək məqsədiylə yaratmışdı. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin  geridə qalan bir ildəki fəaliyyəti  bir daha sübut etdi ki, bu təşkilat  müharibə vəziyyətində olan ölkənin hərbi  xidmətə çağırış məsələlərinin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. “Biz bunu Balakən rayonunun timsalında daha aydın  şəkildə gördük. İşimizi daha mükəmməl şəkildə qurmaqla dövlətin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyik”.

İ. MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında