Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq öz fəaliyyətini şəffaflıq prinsipləri  əsasında qurur.

AzərTAc xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov demişdir.

A.Rəhimov bildirmişdir ki, yaranmasının birinci ildönümünü qeyd edən Dövlət Xidməti tərəfindən qısa müddətdə böyük işlər görülmüşdür. Əsas diqqət səfərbərlik və səfərbərlik hazırlığı işinin təşkilinə, ordu sıralarının və qanunvericiliklə yaradılmış silahlı birləşmələrin çağırışçılarla komplektləşdirilməsinə, çağırışaqədər  gənclərin  orduda xidmətə hazırlıq məsələlərinə yönəldilmişdir.

Xidmət rəisi demişdir: “Bir il ərzində korrupsiya və  rüşvətxorluğa qarşı mübarizə gücləndirilmişdir. Bu istiqamətdə işlər bu gün də davam edir. Biz Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməyə qadir olan bir qurumuq. Qısa zamanda bunu sübut edəcəyik.”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında