“Azərlotereya” ASC-nin uduş yağışı

 

Gəncə sakini  rekord uduşa sahib oldu

Yanvarın 24-də “6/40” lotereyasının 200-cü tirajını canlı yayımda izləyən “Space” telekanalının çoxsaylı tamaşaçıları 149 745 manat məbləğində uduşun şahidi oldular.

Təbii ki, lotereya həvəskarlarını bir sual düşündürürdü: bu rekord uduşun xoşbəxt sahibi kimdir?   “Azərlotereya” ASC-nin çəkiliş qrupunun Gəncə şəhərində hazırladığı “Space” kanalında tiraj vaxtı nümayiş olunan süjetdə rekord uduşun sahibi, Gəncə şəhərindən Məmmədovlar ailəsinin bu günkü həyatı və sabahkı həyatının nikbinliklə dolu konturları görünür. Lotereya biletinin sahibi Məmmədov Cavid, anası, bacısı və qardaşı ilə yataqxanada yaşayır. Çayxanada çay paylayır. Qalibin anasının sevinc və çaşqınlıq dolu gözlərində, yəqin ki, çoxdan bəri qəlbinin dərinliklərində sıxıb saxladığı arzuları oxunur: uşaqlara ev-eşik qurmaq, xeyir işlərini etmək kimi  arzuları 2013-cü il yanvar ayının 24-də bu arzular çin oldu.

Qalibimizin əli yüngül oldu. Bir neçə gün öncə, “6/40” lotereyasının 213-cü tirajında 114 380 №-li biletin sahibi “Cek Pot”un daha çox böyüməsinə “imkan vermədi” və ikicə həftə ərzində 16 575 manatadək yüksəlmiş “Cek Pot”a sahib çıxdı. Razılaşaq ki, az pul deyil. Hər halda, növbəti yazılarımızda bu haqda uduş sahibinin öz fikrini də bilərik. “6/40” oyununda “Cek Pot”lar dalbadal udulmaqdaykən, lotereyasevərlər arasında ən populyar oyunlardan biri olan “5/36” lotereyasında 148 650 manata çatan “Cek Pot”u “fəth etmək üçün hücumlar” davam etməkdədir. Lotereyanın hələ 592-ci tirajında Balakən rayon sakini Qurbanov Araz Qurban oğlu və 610-cu tirajında Gədəbəy sakini Qurbanov Rövşən Arif oğlu “Cek Pot”un “xoş hərarətini” hiss etsələr də onun bircə addımlığında dayanaraq müvafiq olaraq 3750 və 4350 manat uduşla kifayətlənməli oldular.

Son günlər isə “5/36” lotereyasının tirajlarında iştirakçıların həyacanı pik həddinə çatmaqdadır. Fevral ayının 8-də üç iştirakçı, 002378, 003316 və 114887 saylı biletlərin sahibləri “Cek Pot” kimi sanballı bir məbləği üç yerə bölməyə lap yaxın olsalar da, son həddi keçə bilmədilər və müvafiq mərhələnin uduş məbləğini - 4800 manatı üç yerə böldülər. Bir gün sonra, “5/36”-nın 619-cu tirajında iki iştirakçı belə bir cəhddə bulundular və yenə də son həddi keçə bilmədilər. Nəticədə 145 850 manat deyil, 4 500 manat 004 232 və 105 626 saylı biletlərin sahibləri arasında bölündü. Hadisələrin gedişi göstərir ki, mövcud uduş rekordunun təzələnməsi yaxın günlərin işidir. Həm də nəzərə almalıyıq ki, gərgin anlar təkcə “6/40” və “5/36” oyunları arasında getmir. “Meqa Pot”un məbləği 153 000 manata çatan “Klassik loto”-nun 21-ci tirajında 105 842 nömrəli biletin sahibi 35 020 manat məbləğində “Cek Pot”u qazandı. Lotereya həvəskarları növbəti yazılarımızda qaliblə yaxından tanış olacaqlar. “Klassik loto”-da elə həmin tirajındaca Bakı şəhər sakini Həsənov Adil Dənizxan oğlu Nissan “Sunny” avtomobilinə sahib oldu. Daha bir Nissan “Sunny” avtomobilinin açarları isə Füzuli rayon sakini Rüstəmov Saday İsaq oğluna təqdim edildi. Saday Rüstəmov avtomobil uduşunun sevincini lotereyanın 20-ci tirajında yaşayıb. “Qızıl Onluq” lotereyasının 5-ci tirajında Tovuz rayon sakini Aslanov Çingiz Ələddin oğlu “Kia Rio” avtomobilinə sahib oldu.

Qışın oğlan çağında əsil uduş yağışıdır, deyilmi? Bir çox təcrübəli lotereya iştirakçıları hesab edirlər ki, əsil uduş yağışı baharın ilk ayında, martda olacaq. Qeyd etmək lazımdır ki, lotereyasevərlərin hüzuruna 8 ədəd Chevrolet “Aveo” ilə gələn və nəfis forma və dizaynı ilə gözəl açıqca kimi, xanımlar üçün 8 mart bayramına özü-özlüyündə unikal hədiyyə olan “Binqo+8” lotereyası artıq satışdadır. Yüz faiz uduşlu Nissan “Juke”, Chevrolet “Aveo” və KIA “RİO” avtomobilləri və çoxsaylı  pul uduşları ilə “Bahar Sevincləri” lotereyası da tezliklə lotereya həvəskarlarının ixtiyarına veriləcək. Möhtəşəm uduş yarışında iştirak edin, “Azərlotereya” ASC-nin bərəkətli bahar yağışından uduş payınızı götürün! 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında