Braziliyanın EBC şirkəti ilə AzərTAc arasında tərəfdaşlıq əlaqələri qurulacaqdır

 

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin ictimai teleradio və xəbərlər yayımı qurumu olan Braziliya Kommunikasiya Şirkətinin (EBC- www.ebc.com.br)  prezidenti Nelson Breve və baş direktor Eduardo Kastro ilə görüşmüşdür.

Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə,  görüşdə EBC ilə səfirlik və Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılmışdır.

Görüşdə E.Sultanov Azərbaycan-Braziliya əlaqələrinin perspektivləri, ölkələrimiz arasında informasiya mübadiləsinin inkişafı barədə danışmışdır. Diplomat Azərbaycan haqqında dəqiq məlumatların Braziliyada geniş yayılmasının vacibliyini vurğulamışdır.

EBC-in prezidenti Nelson Breve rəhbərlik etdiyi qurumun dünyanın bir neçə informasiya agentlikləri ilə əməkdaşlıq etdiyini, AzərTAc ilə də əlaqələrin qurulmasında maraqlı olduğunu demişdir. N.Breve bunun üçün hazırlanmış sənəd layihəsinin ölkəmizin diplomatik nümayəndəliyinə göndəriləcəyini diqqətə çatdırmışdır.

Səfir E.Sultanov Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə evsahibliyi etdiyini və gələcəkdə də bu cür mühüm tədbirlərin həyata keçiriləcəyini bildirmişdir. Diplomat keçiriləcək tədbirlərin EBC tərəfindən işıqlandırılmasını təklif etmişdir.

Sonda qonaqlara Azərbaycanın siyasəti, tarixi, mədəniyyəti, incəsənəti, turizm potensialı və digər mövzulara dair nəşrlər təqdim olunmuşdur. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında